Qelebə.az / "İnter" səfərdə "Torino"ya qalib gəlib

"İnter" səfərdə "Torino"ya qalib gəlib

12-05-2025, 03:12

İtaliya A Seriyasında 36-cı turun növbəti oyunu keçirilib.

APA xəbər verir ki, çempionluq mübarizəsi aparan "İnter" səfərdə "Torino" ilə qarşılaşıb. Görüş Milan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xallarını 77-yə çatdıran "İnter" ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinə eyni xala malik "Napoli" başçılıq edir.

Geri qayıt