Qelebə.az / Azərbaycan Basketbol Liqası: Final seriyasında beşinci oyun keçirilib

Azərbaycan Basketbol Liqası: Final seriyasında beşinci oyun keçirilib

11-05-2025, 19:04

Azərbaycan Basketbol Liqasının final seriyasında beşinci oyun baş tutub.

"Report"un məlumatına görə, "Sabah" "Neftçi"ni 107:89 hesabı ilə üstələyib.

Komanda bu nəticə ilə seriyada önə keçib - 3:2.

Qeyd edək ki, altıncı matç mayın 14-də təşkil olunacaq. Final seriyasında 4 qələbə əldə edən klub Azərbaycan Basketbol Liqasının qalibi olacaq.

Geri qayıt