Qelebə.az / Rəsul Zəkiyevdən qızıl medal

Rəsul Zəkiyevdən qızıl medal

11-05-2025, 15:51

Gürcüstanın paytaxtı Tbilisidə parapauerliftinq üzrə Dünya Kuboku keçirilir.

QELEBE.AZ xəbər verir ki, Azərbaycan təmsilçisi Rəsul Zəkiyev turnirdə iki qızıl medal qazanıb.

88 kq çəki dərəcəsində yarışan 19 yaşlı idmançı həm ümumi qaldırmada üç hərəkətin cəmində 321 kq nəticə ilə, həm də ən yaxşı qaldırmada 112 kq nəticə ilə qızıl medala sahib çıxıb.

Geri qayıt