Qelebə.az / Millimizin üzvü oynadı, komandası qalib gəldi

Millimizin üzvü oynadı, komandası qalib gəldi

11-05-2025, 02:03

Polşada Ekstraklasa çempionatının XXXII turu çərçivəsində bir sıra oyunlar keçirilib.

QELEBE.AZ xəbər verir ki, Azərbaycan millisinin futbolçuları Renat Dadaşov və Rahil Məmmədovun çıxış etdiyi "Radomyak" klubu evdə "Poqon"u 2:0 hesabı ilə məğlub edib.

Dadaşov start heyətində meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib. Məmmədov isə yenə bu oyunun iştirak ərizəsinə daxil edilməyib.

Hazırda "Radomyak" 40 xalla turnir cədvəlində 12-ci yerdə qərarlaşıb.

Geri qayıt