Qelebə.az / “Heydər Əliyev Kuboku” uğrunda futzal turnirinə start verilib

“Heydər Əliyev Kuboku” uğrunda futzal turnirinə start verilib

10-05-2025, 14:58

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda futzal turniri keçirilir.

QELEBE.AZ xəbər verir ki, yarışda 17 komanda 4 qrupda mübarizə aparır.

Oyunlar hər həftənin şənbə günləri keçiriləcək. Qruplarda ilk iki yeri tutan komandalar pley-off mərhələsində mübarizəni davam etdirəcək.

Qeyd edək ki, yarışda ilk üç yeri tutacaq komandalara diplom, medal və hədiyyələr, o cümlədən qalib komandaya baş mükafat – “Heydər Əliyev Kuboku” təqdim olunacaq.

Geri qayıt