Qelebə.az / “Ayın qolu” layihəsində aprel ayının qalibləri müəyyənləşib

“Ayın qolu” layihəsində aprel ayının qalibləri müəyyənləşib

10-05-2025, 16:04

Misli Premyer Liqasında, I Liqada, həmçinin II Liqada “Ayın qolu” layihəsində aprel ayının qalibləri müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Misli Premyer Liqasında David Qomisin, I Liqada İbrahim Əliyevin, II Liqada isə Elgün Abbaslının qolları ən yaxşı seçilib.

Qeyd edək ki, II Liqada keçirilən səsvermə zamanı 2 oyunçunun qolu 5 xal toplayıb. Belədə şərtlərə əsasən yekun qərar PFL tərəfindən verilib. Daxili səsvermənin nəticələrinə görə “Füzuli”dən Elgün Abbaslının qolu “Ayın qolu” seçilib.

Geri qayıt