Aleksis Mak Allister İngiltərə Premyer Liqasında ayın futbolçusu seçilib.
QELEBE.AZ xəbər verir ki, “Liverpul”un yarımmüdafiəçisi aprel ayındakı çıxışına görə bu mükafata layiq görülüb.
26 yaşlı argentinalı futbolçu karyerasında çıxış etdiyi 4 rəsmi matçda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Aleksis bu mövsüm "Liverpul"un heyətində bu mükafatı qazanan ikinci oyunçudur. Daha əvvəl, Məhəmməd Salah fevral ayı üzrə ayın ən yaxşısı seçilmişdi.