Qelebə.az / “Fənərbaxça” Premyer Liqa klubunun hücumçusu ilə maraqlanır

“Fənərbaxça” Premyer Liqa klubunun hücumçusu ilə maraqlanır

9-05-2025, 14:27

“Brentford”un hücumçusu Yoane Vissa karyerasını Türkiyədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, “Fənərbaxça” konqolu futbolçunun xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Yeni mövsümdə Çempionlar Liqasında iştirak edəcək “sarı-lacivərdlilər” heyətini yeni forvardla gücləndirmək istəyir və əsas namizəd Vissadır.

Hücumçu bu mövsüm 33 oyunda 16 qol vurub, 3 məhsuldar ötürmə edib.

Geri qayıt