Qelebə.az / Millimiz Sloveniyaya yola düşüb

Millimiz Sloveniyaya yola düşüb

9-05-2025, 12:29

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Qızıl Liqasına hazırlığı ölkə xaricində davam etdirəcək.

QELEBE.AZ xəbər verir ki, bu gün komandamız bu məqsədlə Sloveniyaya yola düşüb. 

Yığmamız burada mayın 9-dan 17-ə kimi təlim-məşq toplanışında olacaq. Daha sonra isə voleybolçularımız Yunanıstana yollanacaqlar. Bu ölkədəki təlim-məşq toplanışı isə mayın 24-dək davam edəcək. Hazırlıq proseslərində millimizin yoxlama oyunları keçirməsi də nəzərdə tutulur. Komandamızın son heyəti təlim-məşq toplanışlarından sonra bəlli olacaq.

Qeyd edək ki, yığmamız ilk oyunlarını Bakıda keçirəcək. Mayın 30-da və iyunun 1-də baş tutacaq bu görüşlərdə rəqiblərimiz Macarıstan və Sloveniya komandaları olacaq.

Geri qayıt