Qelebə.az / Avropa Liqasında ingilis finalı - YENİLƏNİB

Avropa Liqasında ingilis finalı - YENİLƏNİB

8-05-2025, 08:04

Bu gün Avropa Liqasının finalında yarışacaq komandalar bəlli olub.

QELEBE.AZ xəbər verir ki, yarımfinalın cavab oyunlarının hər ikisi bu gün baş tutub. 

"Mançester Yunayted" evdə "Atletik"i qəbul edib. Ev sahibləri rəqibini 4:1 hesabı ilə məğlub etməyi bacarıb. Tərəflər arasında ilk qarşılaşma "Yunayted"in qələbəsi ilə başa çatmışdı - 3:0.

"Bodo-Qlimt" isə doğma meydanda "Tottenhem" ilə üz-üzə gəlib. İlk oyunda Premyer Liqa təmsilçisi 3:1 qələbəyə sevinmişdi. 

Avropa Liqası

Yarımfinal mərhələsi, cavab oyunları

23:00. "Mançester Yunayted" - "Atletik" 4:1

İlk oyun - 3:0

23:00. "Bodo-Qlimt" - "Tottenhem" 0:2

İlk oyun - 1:3

Geri qayıt