İtaliyanın “Napoli” və İngiltərənin “Liverpul” klubları mövsümün sonunda “Mançester Siti” ilə müqaviləsinin müddəti bitən Kevin De Bruyneni heyətinə qatmaq istəyir.
“QELEBE.AZ” xəbər verir ki, bu barədə bildirib.
“De Laurentisin prezidenti olduğu klub Kevin De Bruyneni İtaliyaya gətirmək məqsədilə danışıqlara başlayıb. Belçikalı yarımmüdafiəçinin “Mançester Siti” ilə müqaviləsinin müddəti başa çatır və İngiltərə klubu onunla anlaşmanı yeniləməyəcəyini rəsmən elan edib”, – İtaliya telekanalı açıqlayıb.
Telekanalın iddiasına görə, yarımmüdafiəçini transfer etmək istəyənlər arasında “Liverpul” da var.
Xatırladaq ki, daha əvvəl belçikalının İngiltərə klublarından birinə keçə biləcəyinə dair məlumat yayılmışdı. Onlardan biri kimi Birminqem təmsilçisi “Aston Villa”ya işarə edilmişdi.