Qelebə.az / “Tottenhem”in yarımmüdafiəçisi sıradan çıxıb

“Tottenhem”in yarımmüdafiəçisi sıradan çıxıb

8-05-2025, 00:37

İngiltərə Premyer Liqası təmsilçilərindən  "Tottenhem"in heyətində ciddi itki baş verib.

QELEBE.AZ xəbər verir ki, komandanın yarımmüdafiəçisi Ceyms Meddison sıradan çıxıb.

İngiltərəli futbolçu dizindən zədə alıb. 28 yaşlı hücumameyilli yarımmüdafiəçi təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Xatırladaq ki, "Tottenhem" Ceyms Meddisonu 2023-cü ildə "Lester Siti"dən transfer edib.

Qeyd edək ki, İngiltərə millisinin üzvü bu mövsüm London klubunun heyətində meydana çıxdığı 45 rəsmi matçda 12 qol, 11 assistlə yadda qalıb.

Geri qayıt