Qelebə.az / Cüdoçularımız Türkiyədə beynəlxalq təlim-məşq toplanışına qatılıblar

Cüdoçularımız Türkiyədə beynəlxalq təlim-məşq toplanışına qatılıblar

7-05-2025, 14:12

Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandası Türkiyənin İstanbul keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.

QELEBE.AZ xəbər verir ki, 5-7 may tarixlərini əhatə edən toplanış Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutur. 

Hazırlıq prosesində cüdoçularımıza gənclərdən ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edir. 

Təlim-məşq toplanışı 31 may-1 iyunda Avstriyanın Qraz şəhərində və 21-22 iyunda Almaniyanın paytaxtı Berlində keçiriləcək gənclər arasında Avropa Kuboku turnirlərinə hazırlıq məqsədi daşıyır.

Geri qayıt