AFFA İntizam Komitəsi "Neftçi"nin yarımmüdafiəçisi Elvin Camalovu 2 oyunluq cəzalandırıb.
QELEBE.AZ xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Camalov "Kəpəz"lə görüşdə ciddi qayda pozuntusuna yol verdiyi üçün qırmızı vərəqə ilə meydandan qovulub.
Bu səbəblə "ağ-qaralar" 1500 manat ziyana düşüb.
Qeyd edək ki, "Neftçi" - "Kəpəz" görüşü məhsuldar heç-heçə ilə yekunlaşıb - 2:2.