Qelebə.az / ÇL: "İnter" finalda! - YENİLƏNİB

ÇL: "İnter" finalda! - YENİLƏNİB

6-05-2025, 07:56

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

QELEBE.AZ xəbər verir ki, turnirin ilk finalçısı İtaliyada müəyyənləşib. 

“İnter” doğma meydanda “Barselona”nı qəbul edib. Gərgin keçən qarşılaşmada azarkeşlər 7 qola şahidlik ediblər. Əsas vaxtı 3:3 hesabı ilə bitən matçda ev sahibləri rəqibini 4:3 hesabı ilə məğlub etməyi bacarıb.

UEFA Çempionlar Liqası

Yarımfinal, cavab oyunu

6 may

23:00. “İnter” (İtaliya) - “Barselona” (İspaniya) 4:3

İlk oyun - 3:3.

Geri qayıt