Qelebə.az / “Əl-Hilal” "Mançester Yunayted"in yarımmüdafiəçisi ilə maraqlanır

“Əl-Hilal” "Mançester Yunayted"in yarımmüdafiəçisi ilə maraqlanır

6-05-2025, 12:48

Portuqaliya millisinin və "Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandes karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.

QELEBE.AZ xəbər verir ki, bu barədə “Ər-Riyad” nəşri məlumat yayıb.

Mənbənin əldə etdiyi məlumata görə, “Əl-Hilal” rəhbərliyi 30 yaşlı futbolçuya təklif göndərib.

Səudiyyə klubu Fernandeslə 3 illik müqavilə imzalamaq istəyir. 

"Əl-Hilal" rəhbərliyi portuqaliyalının bütün maliyyə tələblərini qarşılamağa hazırdır.

Qeyd edək ki, Bruno 2020-ci ildən "qırmızı şeytanlar"da çıxış edir. Fernandes bu mövsüm 52 oyun keçirib, 19 qol vurub və 18 məhsuldar ötürmə edib.

Geri qayıt