Qelebə.az / “Neftçi”nin heyətində ciddi itkilər

“Neftçi”nin heyətində ciddi itkilər

4-05-2025, 09:54

“Neftçi” Misli Premyer Liqasının XXXIII turunda qarşılaşacağı “Kəpəz” klubu ilə matçın hazırlığını başa vurub.

QELEBE.AZ xəbər verir ki, komandanın heyətində 5 itki var.

Emil Səfərov, Robert Bauer, Rafael Quzzo və Ryonosuke Ohori zədə səbəbindən, Mustafa Sek isə cəzalı olduğu üçün bu görüşü buraxacaqlar.

Qeyd edək ki, “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Kəpəz” oyunu bu gün saat 20:00-da başlanacaq.

Geri qayıt