"Neftçi” Misli Premyer Liqasının XXXIII turunda qarşılaşacağı “Kəpəz” klubu ilə matçın hazırlıqlarını başa vurub.
Apasport.az xəbər verir ki, komandanın üzvləri bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.
Klubun 5 futbolçusu – Emil Səfərov, Robert Bauer, Rafael Quzzo və Ryonosuke Ohori zədə səbəbindən, Mustafa Sek isə cəzalı olduğu üçün bu görüşü buraxacaqlar.
Qeyd edək ki, mayın 4-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Kəpəz” oyunu saat 20:00-da başlanacaq.