Qelebə.az / Azərbaycan komandası Avropa Kubokunda qızıl medal qazanıb

Azərbaycan komandası Avropa Kubokunda qızıl medal qazanıb

2-05-2025, 17:10

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa Kubokunda qızıl medal qazanıb.

"Report"un məlumatına görə, Yelizaveta Luzan, Ləman Əlimuradova, Kamilla Əliyeva, Darya Sorokina və Sofiya Məmmədovadan ibarət kollektiv 3 top və 2 halqa ilə proqramda birinci olub.

Bədii gimnastların çıxışı 24,700 balla qiymətləndirilib.

Qeyd edək ki, Avropa Kuboku mayın 4-də başa çatacaq.

Geri qayıt