Qelebə.az / “Mançester Yunayted” səfərdə, “Tottenhem” öz meydanında qələbə qazanıb

“Mançester Yunayted” səfərdə, “Tottenhem” öz meydanında qələbə qazanıb

2-05-2025, 01:08

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.

QELEBE.AZ xəbər verir ki, ilk oyunlar çərçivəsində iki görüş baş tutub.

“Tottenhem” “Bodo Qlimt”i sınağa çəkib. Londonlular rəqibini 3:1 hesabı ilə məğlub etməyi bacarıb.

“Atletik” isə öz meydanında “Mançester Yunayted”lə bacarmayıb. Ev sahibləri rəqibinə 3 cavabsız qolla uduzub - 0:3.

Qeyd edək ki, komandalar arasında cavab matçları mayın 8-də keçiriləcək.

Geri qayıt