Qelebə.az / Azərbaycanın minifutbol yığması Slovakiyada keçirilən Millətlər Liqasında ikinci yeri tutub

Azərbaycanın minifutbol yığması Slovakiyada keçirilən Millətlər Liqasında ikinci yeri tutub

1-05-2025, 20:11

Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında ikinci olub.

"Report" xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda finalda təşkilatçı ölkənin təmsilçisi ilə qarşılaşıb.

Matçın əsas vaxtı 2:2 hesabı ilə bitib. Penaltilər seriyasında isə Slovakiya daha dəqiq oynayıb - 3:1.

Qeyd edək ki, yığma ötən gün qrupda Slovakiyaya uduzub (2:3), Ukrayna ilə heç-heçə edib - 2:2. Azərbaycan millisi yarımfinalda Belçikanı 2:0 hesabı ilə üstələyib.

Geri qayıt