Qelebə.az / Millimiz Millətlər Liqasında ikinci yeri tutub

Millimiz Millətlər Liqasında ikinci yeri tutub

1-05-2025, 20:29

Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında ikinci olub.

Apasport.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda finalda turnirin keçirildiyi ölkənin təmsilçisi ilə qarşılaşıb.

Matçın əsas vaxtı 2:2 hesabı ilə bitib. Penaltilər seriyasında isə Slovakiya daha dəqiq oynayıb - 3:1.

Qeyd edək ki, yığma ötən gün qrupda Slovakiyaya uduzub (2:3), Ukrayna ilə heç-heçə edib - 2:2. Azərbaycan millisi yarımfinalda Belçikanı 2:0 hesabı ilə üstələyib.

Geri qayıt