Qelebə.az / Stolüstü tennis üzrə Azərbaycan birinciliyində komanda yarışlarına yekun vurulub

Stolüstü tennis üzrə Azərbaycan birinciliyində komanda yarışlarına yekun vurulub

1-05-2025, 12:23

Stolüstü tennis üzrə ölkə birinciliyində komanda yarışlarına yekun vurulub.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən "QELEBE.AZ"a verilən məlumata görə, "Şüa" İdman Kompleksində keçirilən yarışda 2006-2009-cu il, 2010-cu il və daha kiçik təvəllüdlü idmançılar iştirak ediblər.

19 yaşadək qızlar arasında "Sümqayıt-1" kollektivi birinci yeri tutub. "Bakı-1" ikinci, "Şabran" və "Sumqayıt-2" üçüncü pillədə qərarlaşıb.

19 yaşadək oğlanların yarışında baş mukafata "Bakı-1" komandası sahib çıxıb. "Sumqayıt" ikinci, "Şabran" və "Bakı-2" üçüncü olub.

U-15 kateqoriyasında qızların mubarizəsi "Sumqayıt-1"in qələbəsi ilə nəticələnib. "Bakı-1" ikinci, "Sumqayıt-2" və "Sumqayıt-3" üçuncü pillədə yer alıb.

15 yaşadək oğlanların yarışından isə "Şabran" idmançıları qalib ayrılıblar. "Bakı-1" ikinci, "Sumqayıt-1" və "Sumqayıt-2" komandası üçuncü olub.

Geri qayıt