Qelebə.az / "Bayer 04" II Bundesliqa komandasının futbolçusunu transfer edib

"Bayer 04" II Bundesliqa komandasının futbolçusunu transfer edib

1-05-2025, 13:12

Almaniyanın "Bayer 04" klubu II Bundesliqa təmsilçisi "Herta"dan İbrahim Mazanı transfer edib.

"Report" Leverkuzen təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında 2030-cu ilə qədər müqavilə imzalanıb.

19 yaşlı futbolçunun transferinin 12 milyon avroya başa gəldiyi bildirilir.

Qeyd edək ki, "Herta"nın yetirməsi olan İ.Maza cari mövsüm II Bundesliqada meydana çıxdığı 30 oyunda 5 qol və eyni sayda məhsuldar ötürməyə imza atıb.

Geri qayıt