Qelebə.az / Mahir Emreli məşqləri bərpa etdi - FOTO

Mahir Emreli məşqləri bərpa etdi - FOTO

30-04-2025, 16:36

Azərbaycan millisinin hücumçusu Mahir Emreli məşqlərə start verib. 

QELEBE.AZ xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

"Nürnberq"in futbolçusu Almaniya II Bundesliqasının XXXI turunun "Fortuna" ilə matçında (3:3) əlindən zədələnib. 

28 yaşlı oyunçu artıq məşqlərə qoşulub. Həmyerlimizin qoluna xüsusi hazırlanmış şin taxılıb.

Mahirin növbəti matçlarda komandasına kömək edə biləcəyi bildirilir.

Qeyd edək ki, Emreli bu mövsüm 22 matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt