Qelebə.az / Ederson “şəhərlilər”in radarında

Ederson “şəhərlilər”in radarında

29-04-2025, 16:17

İngiltərə Premyer Liqası təmsilçilərindən “Mançester Siti” yayda heyətini gücləndirməyi planlaşdırır.

QELEBE.AZ xəbər verir ki, “şəhərlilər” “Atalanta”nın yarımmüdafiəçisi Edersonu transfer etmək niyyətindədir.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

İddialara görə, A Seriyası klubu bu keçid üçün qarşı tərəfdən 50 milyon avro tələb edir.

Oyunçunu “Siti”dən başqa “Mançester Yunayted”də heyətinə qatmaq istəyir.

Xatırladaq ki, “Atalanta” 25 yaşlı futbolçunu 2022-ci ildə “Salernitana”dan 22,9 milyon avroya transfer etmişdi.

Qeyd edək ki, Braziliya millisinin üzvü bu mövsüm komandası ilə meydana çıxdığı 45 rəsmi matçda 5 qol, 2 assistlə yadda qalıb.

Geri qayıt