Qelebə.az / "Real"ın müdafiəçisi mövsümün qalan hissəsini buraxacaq

"Real"ın müdafiəçisi mövsümün qalan hissəsini buraxacaq

29-04-2025, 14:14

İspaniyanın "Real" klubunun almaniyalı müdafiəçisi Antonio Rudiger zədə səbəbindən cari mövsümün qalan hissəsini buraxacaq.

"QELEBE.AZ" xəbər verir ki, Rudiger "Barselona" ilə Kral Kubokunun final matçının (2:3) 111-ci dəqiqəsində dizində problem yarandığı üçün əvəzlənib.

Madrid klubu futbolçunun sol dizindəki yan menisküsün cırılması səbəbindən bu gün əməliyyat olunduğunu açıqlayıb.

“Marca”nın məlumatına görə, A.Rudigerin sağalma müddəti 6-8 həftə aralığında olacaq.

Geri qayıt