Qelebə.az / Diniyevin komandasında baş məşqçi dəyişikliyi: Tuncay Şanlı istefa verdi

Diniyevin komandasında baş məşqçi dəyişikliyi: Tuncay Şanlı istefa verdi

28-04-2025, 12:58

Türkiyə Birinci Liqa təmsilçilərindən “Çorum” klubun baş məşqçisi Tuncay Şanlı ilə yollarını ayırıb. 

QELEBE.AZ xəbər verir ki, Şanlı “Ankaragücü”nə məğlubiyyətdən (0:1) sonra keçirilən mətbuat konfransında istefa verdiyini açıqlayıb.

Azərbaycan millisinin üzvü Coşqun Diniyev də “Çorum”da çıxış edir.

Qeyd edək ki, Tuncay Şanlı mart ayının 6-da "Çorum"a baş məşqçi təyin edilmişdi. Onun komandası hazırda 1-ci liqada 36 turdan sonra 51 xalla 13-cüdür.

Geri qayıt