Qelebə.az / "Qarabağ" və "Neftçi" azarkeşlərə görə cərimələnib

"Qarabağ" və "Neftçi" azarkeşlərə görə cərimələnib

9-12-2022, 14:45

AFFA İntizam Komitəsi "Neftçi" və "Qarabağ"ı cərimələyib.

"QELEBE.AZ"un məlumatına görə, hər iki klub Premyer Liqanın XVI turunda keçirilmiş Azərbaycan derbisində azarkeşlərin davranışlarına görə ziyana düşüb.

"Ağ-qaralar" fanatları təhqiredici ifadələr işlətdiyi üçün 4 min manat ödəyəcək.

"Köhlən atlar" isə tərəfdarların pirotexniki vasitədən istifadə etməsinə görə 800 manat məbləğində cərimələnib.

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 4:0 hesablı qələbəsi ilə bitib.

Geri qayıt