Qelebə.az / "Xarı Bülbül Şuşa" komandası yoxlama oyununda "Murov"a qalib gəlib

"Xarı Bülbül Şuşa" komandası yoxlama oyununda "Murov"a qalib gəlib

9-12-2022, 11:17

Kişi voleybolçulardan ibarət "Xarı Bülbül Şuşa" və "Murov" komandaları yoldaşlıq oyununda üz-üzə gəliblər.

"QELEBE.AZ"un məlumatına görə, qarşılaşma Şuşa təmsilçisinin 3:0 (30:28, 25:19 və 25:14) hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, "Xarı Bülbül Şuşa" cari mövsüm Azərbaycan çempionatında debüt edəcək. "Murov" isə Çağırış Kubokunda ölkəni təmsil edir.

Geri qayıt