Qelebə.az / Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start verilib

Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start verilib

26-04-2025, 16:06

Azərbaycan Basketbol Liqasında bu gün yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.

“QELEBE.AZ”un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Bakı İdman Sarayında “Sabah” klubu “Şəki” ilə üz-üzə gəlib. Matç Bakı təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 86:73.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər matçı sabah “Neftçi” və “Abşeron” komandaları arasında keçiriləcək.

Geri qayıt