Qelebə.az / Azərbaycan klubunun məşqçisi 5 oyunluq cəzalandırılıb

Azərbaycan klubunun məşqçisi 5 oyunluq cəzalandırılıb

25-04-2025, 14:17

AFFA futzal üzrə Yüksək Liqada çıxış edən "Neftçi" İK-nın məşqçisi Əli Hüseynovu 5 oyunluq cəzalandırıb.

"Report" xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar çıxarılıb.

Buna XV turda baş tutan "Neftçi" İK – "Baku Fire" matçının fasiləsində məşqçinin təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadə səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılması səbəb olub. Nəticədə o, 5 oyunluq diskvalifikasiya edilib.

Geri qayıt