Qelebə.az / Hakim oyun zamanı vəfat edib

Hakim oyun zamanı vəfat edib

25-04-2025, 12:41

Rusiyanın Krasnoyarsk vilayətində futbol hakimi oyun zamanı vəfat edib.

Apasport.az xəbər verir ki, 45 yaşlı hakim Artur İksanov həvəskar futbol turniri zamanı ölüb.

Hakimin qəfil huşunu itirdiyi və yerə yıxıldığı bildirilib.

Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, İksanov ürək tutmasından dünyasını dəyişib.

Geri qayıt