Qelebə.az / “Murov Az Terminal” “Azərreyl”ə qarşı

“Murov Az Terminal” “Azərreyl”ə qarşı

25-04-2025, 09:29

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi bu gün bəlli olacaq.

QELEBE.AZ xəbər verir ki, həlledici matçda “Murov Az Terminal” və “Azərreyl” komandaları üz-üzə gələcək.

Qarşılaşma, Milli Gimnastika Arenasında, saat 15:00-da start götürəcək. Komandalar arasında ilk final matçında "Azərreyl" 3:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, reqlamentə görə, qalib iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), “qızıl set” oynanılacaq.

Geri qayıt