Minifutbol üzrə Azərbaycan yığması Millətlər Liqasında ikinci oyununu keçirib.
QELEBE.AZ xəbər verir ki, Monteneqroda təşkil olunan turnirdə komandamızın ikinci rəqibi Türkiyə seçməsi olub.
Millimiz "ay-ulduzlular"a minimal hesabla qalib gəlib. Bu nəticə ilə yığmamız qrup liderliyinə yüksəlib.
Qeyd edək ki, komandamız ilk matçda Bosniya və Herseqovinanı məğlub edib - 7:2.
Millətlər Liqası
Qrup mərhələsi
22:30. Azərbaycan - Türkiyə - 1:0