Qelebə.az / "Qalatasaray"ın Türkiyə Kubokunun finalındakı rəqibi bəlli olub

"Qalatasaray"ın Türkiyə Kubokunun finalındakı rəqibi bəlli olub

24-04-2025, 23:40

"Qalatasaray"ın Türkiyə Kubokunun finalındakı rəqibi bəlli olub.

"QELEBE.AZ" xəbər verir ki, bir oyundan ibarət yarımfinal mərhələsində "Göztəpə" kollektivinə 2:0 hesabı ilə qalib gələn "Trabzonspor" həlledici görüşdə İstanbul təmsilçisi ilə üz-üzə gəlmək hüququna yiyələnib.

Qeyd edək ki, digər yarımfinal cütündə "Qalatasaray" "Konyaspor"u 5:1 hesabı ilə məğlub edərək finala adlayıb.

Geri qayıt