Qelebə.az / Azərbaycanın minifutbol yığması Millətlər Liqasındakı ilk oyununda qələbə qazanıb

Azərbaycanın minifutbol yığması Millətlər Liqasındakı ilk oyununda qələbə qazanıb

24-04-2025, 19:28

Azərbaycanın minifutbol yığması Monteneqroda keçirilən Millətlər Liqası turnirində Bosniya və Herseqovina ilə qarşılaşıb.

"Report" xəbər verir ki, matç seçməmizin 7:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu, Elşad Quliyevin rəhbərlik etdiyi kollektivin turnirdəki ilk oyunu olub.

Geri qayıt