Qelebə.az / Mədət Quliyev Velosiped Federasiyasının prezidenti postundan istefa verib

Mədət Quliyev Velosiped Federasiyasının prezidenti postundan istefa verib

24-04-2025, 08:48

Mədət Quliyev Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti postundan istefa verib.

"QELEBE.AZ" xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyevin Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindəki işlərinin spesifikliyi ilə əlaqədar Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa vermək qərarına gəldiyi bildirilir.

Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından etibarən Azərbaycan Velosiped Federasiyasının prezidenti idi.

Geri qayıt