Misli Premyer Liqasının XXXII turu çərçivəsində keçiriləcək "Turan Tovuz" - "Şamaxı" oyununun biletləri satışa çıxarılıb.
QELEBE.AZ xəbər verir ki, biletləri bu gündən etibarən Tovuz şəhər statdionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərsiniz. 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Oyun 25 aprel tarixində, saat 19:00-da Tovuz şəhər stadionunda baş tutacaq.