Qelebə.az / "Barselona" baş məşqçisi ilə müqavilə müddətinin uzadılması barədə razılığa gəlib

"Barselona" baş məşqçisi ilə müqavilə müddətinin uzadılması barədə razılığa gəlib

23-04-2025, 16:39

İspaniyanın "Barselona" klubu baş məşqçisi Hans-Diter Fliklə müqavilə müddətinin uzadılması barədə razılığa gəlib.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Yeni sözləşmə cari mövsümün sonunda imzalanacaq. 60 yaşlı mütəxəssisin hazırkı müqaviləsi 2026-cı ildə başa çatsa da, müddət daha bir il artırılacaq.

Qeyd edək ki, Hans-Diter Flik 2024-cü ilin mayından "Barselona"nı çalışdırır.

Geri qayıt