Qelebə.az / Cənubi Afrikada futbolçu 22 yaşında ölüb

Cənubi Afrikada futbolçu 22 yaşında ölüb

23-04-2025, 15:07

Cənubi Afrika Respublikasının "Durban Siti" klubunun futbolçusu Sinamandla Zondi vəfat edib.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müdafiəçi 22 yaşında həyatını itirib. O, aprelin 22-də II Liqada "Milford"a qarşı keçirəcəkləri oyundan əvvəl isinmə hərəkətləri zamanı yıxılıb. Oyunçu xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, Sinamandla Zondi 2021-ci ildə peşəkar debütünü gerçəkləşdirib.

Geri qayıt