Qelebə.az / İspaniya klubu La Liqa rekordunu təkrarlayıb

İspaniya klubu La Liqa rekordunu təkrarlayıb

23-04-2025, 11:20

İspaniyanın "Barselona" klubu bir matçda qapıya vurulan zərbələrin sayına görə La Liqa rekordunu təkrarlayıb.

"Report" "Opta"ya istinadən xəbər verir ki, bu, XXXIII turda "Malyorka"ya qarşı oyunda (1:0) gerçəkləşib.

Hans-Diter Flikin rəhbərlik etdiyi kollktiv rəqib qapısına 40 zərbə endirib. Bu zərbələrdən 13-ü "çərçivə"yə gedib.

2003/2004 mövsümündən bəri bu göstəricidə yeganə rekordçu "Real" idi. Madrid klubu 2011-ci ildə ölkə çempionatında "Saraqosa"nın qapısına eyni sayda zərbə endirmişdi.

Qeyd edək ki, "Barselona" hazırda 76 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

Geri qayıt