Qelebə.az / Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk final oyunu keçirilib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk final oyunu keçirilib

22-04-2025, 16:34

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk final oyunu keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, həlledici matçda "Azərreyl" və "Murov Az Terminal" komandaları üz-üzə gəliblər.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan görüş birincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Tərəflər arasında ikinci görüş aprelin 25-də gerçəkləşəcək.

Qeyd edək ki, çempion iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. İki qarşılaşmada tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), qızıl set oynanılacaq.

Geri qayıt