Qelebə.az / Kişi voleybolçular arasında Azərbaycan çempionatında ilk final oyunu keçiriləcək

Kişi voleybolçular arasında Azərbaycan çempionatında ilk final oyunu keçiriləcək

22-04-2025, 09:01

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk final oyunu bu gün keçiriləcək.

"Report"un məlumatına görə, həlledici matçda "Azərreyl" və "Murov Az Terminal" komandaları üz-üzə gələcəklər.

Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində, saat 15:00-da start götürəcək.

Tərəflər arasında ikinci görüş aprelin 25-də gerçəkləşəcək.

Qeyd edək ki, çempion iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. İki qarşılaşmada tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), qızıl set oynanılacaq.

Geri qayıt