Qelebə.az / İtaliya A Seriyasının oyunları təxirə salınıb

İtaliya A Seriyasının oyunları təxirə salınıb

21-04-2025, 13:48

İtaliya çempionatının XXXIII həftəsi çərçivəsində keçiriləcək 4 qarşılaşma təxirə salınıb.

QELEBE.AZ xəbər verir ki, bu barədə İtaliya A Seriyasının mətbuat xidməti məlumat yayıb.

Matçların Vatikanın prezidenti Papa Fransiskin vəfatı səbəbindən təxirə salındığı bildirilib.

Liqanın sosial media hesabındakı paylaşımda təxirə salınan matçların tarixlərinin daha sonra açıqlanacağı qeyd edilib.

Təxirə salınan qarşılaşmalar bunlardır: 

"Torino" - "Udineze"
"Cagliari" - "Fiorentina"
"Cenoa" - "Latsio"
"Parma" - "Yuventus"

Geri qayıt