Qelebə.az / “Turan Tovuz” qış toplanışını Türkiyədə keçirəcək

“Turan Tovuz” qış toplanışını Türkiyədə keçirəcək

7-12-2022, 16:02

“Turan Tovuz” klubu qış təlim-məşq toplanışını Türkiyədə keçirəcək.

Premyer Liqa təmsilçisinin mətbuat xidmətindən “QELEBE.AZ”a verilən məlumata görə, komanda 2023-cü il yanvarın 7-də Bakıda bir araya gələrək Antalyaya yola düşəcək.

Əcnəbi futbolçular kollektivə həmin gün qonşu ölkədə qoşulacaqlar. Baş məşqçi Ayxan Abbasov yanvarın 18-dək təşkil olunacaq toplanışda yetirmələrini 3 yoxlama görüşündə sınamağı planlaşdırır. Rəqiblərin adları və matçların keçirilmə tarixi hələ bəlli deyil.

Qeyd edək ki, Premyer Liqanın 16 turunda 16 xal toplayan “Turan Tovuz” turnir cədvəlinin 6-cı pilləsində yer alıb.

Geri qayıt