Qelebə.az / Voleybol üzrə Azərbaycan çempionatında bürünc medal qazanan komanda bəlli olub

Voleybol üzrə Azərbaycan çempionatında bürünc medal qazanan komanda bəlli olub

20-04-2025, 17:35

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bürünc medal qazanan komanda bəlli olub.

"Report"un məlumatına görə, "Milli Aviasiya Akademiyası" mükafata sahib çıxıb.

Kollektiv üçüncü yer uğrunda ikinci görüşdə "Gəncə"ni 3:2 hesabı ilə məğlub edib.

İlk qarşılaşmada 3:1 hesabı ilə üstün olan "Milli Aviasiya Akademiyası" çempionatda bürünc medalı rəsmiləşdirib.

Geri qayıt