Qelebə.az / Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü yer uğrunda oyunlara start veriləcək

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü yer uğrunda oyunlara start veriləcək

19-04-2025, 10:11

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü yer uğrunda oyunlara bu gün start veriləcək.

"QELEBE.AZ"un məlumatına görə, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Gəncə” “Milli Aviasiya Akademiyası” ilə üz-üzə gələcək.

Bürünc medal uğrunda ilk görüş saat 15:00-da başlayacaq.

Tərəflər arasında ikinci matç sabah keçiriləcək.

Qeyd edək ki, üçüncü yeri tutacaq komanda iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. İki görüşdən sonra tərəflər hərəyə bir qələbə qazanarsa, qızıl set oynanılacaq.

Geri qayıt