Qelebə.az / Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında finalçılar müəyyənləşib

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında finalçılar müəyyənləşib

17-04-2025, 19:41

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında finalçılar müəyyənləşib.

"Report" xəbər verir ki, "Azərreyl" və "Milli Aviasiya Akademiyası" kollektivlərinin görüşündə birincilər həlledici mərhələyə yüksəlib.

İlk yarımfinal oyununda 3:2 hesabı ilə qalib gələn "Azərreyl" ikinci matçda eyni hesabla uduzub. Bu səbəbdən cütün taleyi qızıl setdə həll olunub. Burada rəqibini (15:11) üstələyən Paolo Tofolinin rəhbərlik etdiyi kollektiv adını finala yazdırıb.

Digər həlledici mərhələyə vəsiqəni isə "Abşeron" kollektivi əldə edib. Birinci yarımfinal qarşılaşmasında "Gəncə"yə 3:1 hesabı ilə qalib gələn paytaxt təmsilçisi ikinci görüşdə 3:0 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, "Azərreyl" və "Abşeron" komandaları arasındakı final qarşılaşmaları aprelin 21-24 tarixlərində keçiriləcək.

Geri qayıt