Qelebə.az / Neymar yenə zədələndi

Neymar yenə zədələndi

17-04-2025, 11:52

"Santos"un hücumçusu Neymar Braziliya A Seriyasının IV turunda "Atletiko Mineyro" ilə matçda meydanı tərk etmək məcburiyyətində qalıb.

QELEBE.AZ xəbər verir ki, 33 yaşlı futbolçu start heyətində meydana çıxsa da, zədə səbəbindən 34-cü dəqiqədə əvəzlənib.

Ulduz forvardın zədəsinin nə dərəcədə ciddi olduğu hələlik məlum deyil.

Neymar martda Braziliya millisinin təlim-məşq toplanışına da zədə səbəbindən qatıla bilməmişdi.

Qeyd edək ki, bu mövsüm braziliyalı bütün turnirlərdə 11 matça çıxıb, 3 qol vurub və 3 asist edib.

Geri qayıt